...

Mərhum ayətullah Müntəzirinin üçü və yeddisi keçirilməyəcək

Dünya xəbərləri Materials 23 Dekabr 2009 17:25 (UTC +04:00)
Təhlükəsizlik baxımından mərhum ayətullah Müntəzirinin üçü və yeddisi keçirilməyəcək. Hüseyn Əli Müntəzirinin oğlu Əhməd Müntəziri belə deyib.
Mərhum ayətullah Müntəzirinin üçü və yeddisi keçirilməyəcək

Təhlükəsizlik baxımından mərhum ayətullah Müntəzirinin üçü və yeddisi keçirilməyəcək. Hüseyn Əli Müntəzirinin oğlu Əhməd Müntəziri belə deyib. Məlumatı Norooznews saytı yayıb.

Əhməd Müntəziri onu da əlavə edib ki, ayətullah Müntəziri heç bir zaman xalqına ən kiçik zərərin belə toxunmasını istəməzdi.

"Bazar ertəsi ayətullanın dəfnindən sonra onun və mənim evimdə baş verən qarışıqlıq və ayətullahın davamçılarına hücum edilməsi səbəbindən ailəmiz hökumətlə problemlərdən qaçmaq üçün mərhumun üçü və yeddisini təxirə salmaq qərarına gəlib", - Əhməd Müntəziri deyib.

"Bəsic" qüvvələri bazar ertəsi ayətullah Müntəzirinin İranın Qum şəhərindəki Əzəm məscidində keçirilən dəfn mərasiminə mane olublar. Onlar Müntəzirinin və Saneyinin ofisinə hücum ediblər.

Ayətullah Xomeyninin hakimiyyəti dövründə ən nüfuzlu siyasətçilərdən biri olan Hüseyn Əli Müntəziri dekabrın 19-da 87 yaşında vəfat edib.

Xəbər lenti

Xəbər lenti