...

İran Parlamenti Böyük Britaniya ilə əlaqələrin kəsilməsi məsələsini müzakirə edir

Dünya xəbərləri Materials 13 Yanvar 2010 12:57 (UTC +04:00)
İran Parlamentində Böyük Britaniya ilə diplomatik əlaqələrin kəsilməsi məsələsi müzakirə olunub. MEHR agentliyinin məlumatına görə, İran Parlamentinin 36 deputatı rəsmi Tehran və London arasındakı əlaqələrin kəsilməsi üçün bu layihəni imzalayıblar.
İran Parlamenti Böyük Britaniya ilə əlaqələrin kəsilməsi məsələsini müzakirə edir

İran Parlamentində Böyük Britaniya ilə diplomatik əlaqələrin kəsilməsi məsələsi müzakirə olunub. MEHR agentliyinin məlumatına görə, İran Parlamentinin 36 deputatı rəsmi TehranLondon arasındakı əlaqələrin kəsilməsi üçün bu layihəni imzalayıblar. Hazırda layihə parlamentin Xarici siyasət və təhlükəsizlik komissiyası tərəfindən araşdırılır və təsdiq olunandan sonra parlamentdə səsverməyə qoyulacaq.

Layihədə Britaniyanın ikinci Dünya müharibəsi, Müsəddiq hakimiyyətinin süqutu (1953) və İran İslam İnqilabından sonra "İranın daxili məsələlərinə müdaxiləsi" qeyd olunub.

İran rəsmiləri bundan əvvəl dəfələrlə Britaniyanı ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib. 2009-cu il iyunun 12-də keçirilən prezident seçkilərindən sonra İran hakimiyyəti Britaniyanın Tehrandakı səfirliyinin İran əsilli bir neçə işçisini casusluq və daxili təhlükəsizliyi pozmaq ittihamı ilə həbs edib. İranda prezident seçkilərinin nəticəsinə geniş etirazlar olub. Rəsmi Tehran Britaniyanı ölkə daxilində böhranın dərinləşməsinə cəhddə ittiham edib.

Xəbər lenti

Xəbər lenti