...

Gürcüstan hökuməti bu gün Abxaziya və Cənubi Osetiyaya dair strategiya çərçivəsində fəaliyyət planını müzakirə edəcək

Dünya xəbərləri Materials 27 Yanvar 2010 11:28 (UTC +04:00)
Gürcüstan Abxaziya və Cənubi Osetiya üzrə strategiya çərçivəsində fəaliyyət planı hazırlamağa başlayır. Bu barədə Gürcüstan reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili jurnalistlərə bildirib.
Gürcüstan hökuməti bu gün Abxaziya və Cənubi Osetiyaya dair strategiya çərçivəsində fəaliyyət planını müzakirə edəcək

Gürcüstan, Tbilisi, 27 yanvar / Trend , müxbir N .Kirsxaliya/

Gürcüstan AbxaziyaCənubi Osetiya üzrə strategiya çərçivəsində fəaliyyət planı hazırlamağa başlayır. Bu barədə Gürcüstan reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili jurnalistlərə bildirib.

Yakobaşvilinin qeyd etdiyi kimi, Gürcüstan hökumətinin keçirdiyi bugünkü iclasda Abxaziya və Cənubi Osetiya dair strategiya müzakirə ediləcək, lazimi qərarlar qəbul ediləcək və fəaliyyət planının hazırlanmasına davam ediləcək.

Gürcüstan Dövlət Dəftərxanasında baş nazir Nika Qilaurinin sədirliyi ilə bu gün 11.30 da hökumət iclası keçiriləcək.

Yakobaşvili bildirib ki, Gürcüstan bu strategiyanı Avropa İttifaqının müzakirəsinə təqdim etməyə hazırdır. Bu strategiyanı, ola bilsin ki, bu gün Gürcüstan parlamentinin sədri David Bakradze Brüseldə Avropa İttifaqına təqdim edəcək.

Qeyd etmək lazımdır ki, strategiya hələ ictimaiyyətə açıqlanmayacaq.

Xəbər lenti

Xəbər lenti