...

Biz nüvə bombası əldə etmək istəsək heç kimdən icazə almayacağıq - İran Prezidenti

Dünya xəbərləri Materials 28 Yanvar 2010 15:13 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad Qərb ölkələrini region xalqlarının taleyi ilə oynamaqda ittiham edib. "Onların cəsarəti çatmır ki, bu qədər qırğınların neft, mədəniyyət və siyasətə görə olduğunu açıqlasın. Bizim isə nüvə bombası əldə etmək istəmədiyimizi deməyə cəsarətimiz çatır və nüvə bombası əldə etmək istəsək də heç kimdən icazə almayacağıq", - Əhmədinejad deyib.
Biz nüvə bombası əldə etmək istəsək heç kimdən icazə almayacağıq - İran Prezidenti

İran Prezidenti Mahmud Əhmədinejad Qərb ölkələrini region xalqlarının taleyi ilə oynamaqda ittiham edib. "Onların cəsarəti çatmır ki, bu qədər qırğınların neft, mədəniyyət və siyasətə görə olduğunu açıqlasın. Bizim isə nüvə bombası əldə etmək istəmədiyimizi deməyə cəsarətimiz çatır və nüvə bombası əldə etmək istəsək də heç kimdən icazə almayacağıq", - Əhmədinejad deyib. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

Əhmədinejad əlavə edib ki, hər il 22 Bəhmən günü İslam İnqilabının zirvəsinə çatmaq üçün bir addım irəliləyirik. "Bu il 22 Bəhmən günü İran xalqı liberal kaptalizmin dəfn mərasimini keçirəcək", - Əhmədinejad bu gün İranın "Fəcr ongünlüyü" bayram tədbirlərinin təşkilatçısı olan qurumların rəhbərləri ilə görüşündə deyib.

Hər il İranda İslam İnqilabının ildönümü münasibətilə bəhmən ayının 12-dən 22-dək "Fəcr ongünlüyü" bayram tədbirləri keçirilir. Bu il "Fəcr ongünlüyü" fevral ayının 1-dən 12-dək qeyd olunacaq. Bəhmən ayının 22-də İranın bütün şəhərlərində xalq İslam İnqilabına dəstək mitinqləri təşkil edir.

Xəbər lenti

Xəbər lenti