...

Kərrubi din alimlərini İran xalqı və İslamın "hayına çatmağa" çağırıb

Dünya xəbərləri Materials 3 Fevral 2010 14:56 (UTC +04:00)
İran islahatçılarının liderlərindən olan Mehdi Kərrubi yeni bəyanat yayaraq bildirib ki, prezident Mahmud Əhmədinejadın hakimiyyəti qanunsuzluqla məşğuldur. İranda 2009-cu ilin prezident seçkilərinə namizəd Mehdi Kərrubi qeyd edib ki, Əhmədinejadın hakimiyyəti "zalımdir" və qanuna əməl etməyən hakimiyyət aradan qaldırılmalıdır.
Kərrubi din alimlərini İran xalqı və İslamın "hayına çatmağa" çağırıb

İran islahatçılarının liderlərindən olan Mehdi Kərrubi yeni bəyanat yayaraq bildirib ki, prezident Mahmud Əhmədinejadın hakimiyyəti qanunsuzluqla məşğuldur. İranda 2009-cu ilin prezident seçkilərinə namizəd Mehdi Kərrubi qeyd edib ki, Əhmədinejadın hakimiyyəti "zalımdir" və qanuna əməl etməyən hakimiyyət aradan qaldırılmalıdır.

Prezident seçkilərində saxtakarlığa yol verilməsini iddia edən Kərrubi ölkədə din alimlərinə müraciət edərək, xalqın və İslamın dadına çatmağa çağırıb.

Kərrubinin mətbuat orqanı olan SahamNews saytında yayılan bəyanatında o, xalqı İran İslam inqilabının ildönümündə aksiya keçirməyə çağırıb. 

İran islam inqilabının 3-ci ildönümü fevralın 11-də keçiriləcək. Prezidentliyə digər sabiq namizəd və Əhmədinejadın hakimiyyətinin legitimliyini rəsmən tanımayan, Mir Hüseyn Musəvi də bundan əvvəl, narazı xalqı İran İslam inqilabının ildönümündə aksiya keçirməyə dəvət etmişdi.

Kərrubi prezident seçkilərindən sonrakı etirazların kobudluqla dağıdılması, onlarla aksiyaçının öldürülməsi, yüzlərlə həbsi və tutulanların mühakiməsini tənqid edərək bildirib ki, təzyiqlə narazı xalqı sakitləşdirmək mümkun deyil.

Kərrubi ölkədə yaranmış "böhranın" aradan qaldırılması üçün hakimiyyətin qanuna rəayət etməsinin, söz azadlığının təmini və xalqın iradəsinə hörmət etməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti