...

"Tulu" və "Misbah 2" peykləri "Simurq" daşıyıcı raketi vasitəsi ilə orbitə buraxılacaq - İranın Müdafiə naziri

Dünya xəbərləri Materials 3 Fevral 2010 15:21 (UTC +04:00)

İranın Müdafiə Naziri Əhməd Vəhidi bu gün İranda milli kosmos günü münasibəti ilə üç yeni peykin - "Misbah-2", "Tulu" və tələbələr tərəfindən düzəldilmiş "Navid" peyklərinin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında bildiirib ki, orbitə peyklərin göndərilməsi ölkənin gələcək kosmik planlarına daxildir. Bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Vəhidi əlavə edib ki, bu gün təqdimatı keçirilən peyklər gələcəkdə "Simurq" daşıyıcı raketi vasitəsi ilə orbitə buraxılacaq.

İranda bəhmən ayının 14-ü (bu il fevralın 3-ü) milli kosmos günü elan olunub.

Xəbər lenti

Xəbər lenti