Qərbin son hədəfi İran deyil, Hindistan və Çindir. Bunu İRİNN telekanalının canlı efirində mətbuat konfransında çərşənbə axşamı İran Prezidenti Mahmud Əhmədinejad deyib.
Əhmədinejad Qərbin Hidistanda və Çində bu cür marağının olması səbəbini iqtisadiyyatı sürətlə inkişaf edən bu ölkələri özünə tabe etmək istəyinin olmasında bildirib.
Əhmədinejad sübut qismində son zamanlar NATO hərbi qüvvələrinin Hindistan ətrafında cəmlənməsini və Pakistanda törədilən iğtişaşları göstərib.
O, həmçinin əlavə edib ki, hazırda Qərbdə iqtisadiyyatın kəskin azalması müşahidə olunur və Qərb ölkələrinin rəhbərləri öz xalqlarından real vəziyyəti gizlətməyə dair qərar qəbul edib.
Əhmədinejad həmçinin qeyd edib ki, NATO Rusiyanı demək olar hər tərəfdən mühasirəyə alıb və nə vaxtsa Rusiya bunu anlayacaq.
"Rusiya NATO hərbi qüvvələrinin onun sərhədi boyunca yerləşdirilməsinə reaksiya verməlidir", - o bildirib.