...

Yanukoviçin andiçmə mərasimində Gürcüstan Parlamentinin rəhbəri və vitse-spikeri iştirak edəcəklər

Dünya xəbərləri Materials 25 Fevral 2010 13:25 (UTC +04:00)
Ukraynanın yeni prezidenti Viktor Yanukoviçin andiçmə mərasimində Gürcüstan Parlamentinin rəhbəri David Bakradze və parlamentin vitse-spikeri Mixail Maçavarian iştirak edəcəklər.
Yanukoviçin andiçmə mərasimində Gürcüstan Parlamentinin rəhbəri və vitse-spikeri iştirak edəcəklər

Gürcüstan, Tbilisi, 25 fevral / Trend , müxbir N.Kirsxaliya/

Ukraynanın yeni prezidenti Viktor Yanukoviçin andiçmə mərasimində Gürcüstan Parlamentinin rəhbəri David Bakradze və parlamentin vitse-spikeri Mixail Maçavarian iştirak edəcəklər.

Qanunverici orqanın spikerinin məlumatına əsasən, onların Ukraynaya səfəri gələcəkdə iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətlərinin davam etməsinə zəmin yaradacaq.

Maçavarian jurnalistlərə bildirib ki, ölkə prezidenti andiçmə mərasiminə dəvət alıb və prezident məsləhətləşmələrdən sonra mərasimdə Gürcüstan Parlamentinin spikeri David Bakradzenin iştirak etməsini qərara alıb.

Ukraynanın yeni prezidentinin andiçmə mərasimi bu gün fevralın 25-də baş tutub.

Xəbər lenti

Xəbər lenti