...

İranın Gülüstan əyalətində zəlzələ baş verib

Dünya xəbərləri Materials 4 Mart 2010 10:34 (UTC +04:00)

Bu gün səhər İranın Gülüstan əyalətinin İncəburun şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 06:54-da baş verdiyini qeyd edib.

Zəlzələ nəticəsində ölən və yaralananlar barədə hələ ki, heç bir məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti