...

İran deputatları İtaliya və Almaniya səfirlərini parlamentə çağıracaqlar

Dünya xəbərləri Materials 9 Mart 2010 13:06 (UTC +04:00)
İtaliya və Almaniyanın səfirləri İran Parlamenti yanında Milli təhlükəsizlik və xarici siyasət komissiyasına çağırılacaqlar.
İran deputatları İtaliya və Almaniya səfirlərini parlamentə çağıracaqlar

İtaliya Almaniyanın səfirləri İran Parlamenti yanında Milli təhlükəsizlik və xarici siyasət komissiyasına çağırılacaqlar. Bu barədə "Camedcan" qəzetinin saytında məlumat verilir.

Almaniya səfiri "Pejak" qruplaşmasının rəhbəri Əbülrəhman Hacıəhmədin Almaniyada həbsi ilə bağlı çağırılacaq. Məqsəd onun İrana ekstradisiyasına dair danışıqların aparılmasıdır.

"Pejak" qruplaşması İranın Kürdüstan əyalətində fəaliyyət göstərir. İran ordusu ilə atışmalar zamanı əsgərlərin qətli onun ayağına yazılıb. Qrup Kürdüstanın İrandan ayrılmasını qarşısına məqsəd qoyur.

İranın "Irib" teleşirkətinin müxbiri Məsumi Necadın həbsi isə İtaliya səfirinin parlamentə çağırılaraq ona etiraz notasının təqdim edilməsinə səbəb olub.

51 yaşlı Məsumi Necad ötən həftə İtaliyada İranın xüsusi xidməti ilə birlikdə şübhəli bilinərək həbs edilib.

Xəbər lenti

Xəbər lenti