...

"Erməni soyqırımı"na dair ittihamın hüquqi əsasları yoxdur - Norveç

Dünya xəbərləri Materials 13 Mart 2010 16:56 (UTC +04:00)
Norveçin Xarici İşlər Nazirliyi bildirib ki, qonşu İsveçdə qondarma "erməni soyqırımı" haqqında qərar qəbul edilməsi hüquqi əsasları pozub.
"Erməni soyqırımı"na dair ittihamın hüquqi əsasları yoxdur - Norveç

Norveçin Xarici İşlər Nazirliyi bildirib ki, qonşu İsveçdə qondarma "erməni soyqırımı" haqqında qərar qəbul edilməsi hüquqi əsasları pozub. Norveç XİN-nin nümayəndəsi Çetil Elsbutangen Türkiyənin Cihan agentliyinə bildirib ki, Osmanlı imperiyasında 1915-ci il hadisələrinin "soyqırım" olmasına dair hüquqi dəlillər yoxdur.

ABŞ Konqresində "erməni soyqırımı" haqqında qərar qəbul edildikdən bir həftə sonra, İsveç Parlamenti də bir səs çoxluğu ilə qondarma "soyqırım"ı tanıyan sənədi təqdir edib.

İsveç Parlamentinin və ABŞ Konqresinin "soyqırım"a dair qətnaməni qəbul etməsinə etiraz əlaməti olaraq, rəsmi Ankara həmin ölkələrdəki səfirlərini geri çağırıb. Türkiyə XİN rəhbəri İsveç Parlamentinin qərarını səhv adlandırıb və əlavə edib ki, Türkiyə öz ünvanına səslənən ittihamlarla heç zaman barışmayacaq.

Norveç Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, 1915-ci il hadisələrini tarixi nöqteyi nəzərindən nəzərdən keçirtmək lazımdır.

"Həmin faciəvi hadisələr tarixi nöqteyi nəzərindən çox mühümdür, lakin onlar özündə siyasi yaxud hüquqi aspektlər cəmləşdirməməlidir", - Elsbutangen deyib.

Norveç XİN-nin nümayəndəsi qeyd edib ki, BMT-nin müqaviləsi və beynəlxalq hüquqi sənədlərə əsasən hər hansı bir əməlin törədilməsində təqsirləndirilmə nəzərdən keçirilməyə bilər.

Xəbər lenti

Xəbər lenti