...

Beynəlxalq terrorizm, insan alveri, "çirkli pullar"ın yuyulması məsələləri BMT-nin Konqresində müzakirə olunacaq

Dünya xəbərləri Materials 15 Mart 2010 12:11 (UTC +04:00)
Bu Konqres BMT-nin cinayətkarlığın qarşısının alınması və cinayət mühakiməsi üzrə BMT konqreslərinin 55 illiyinə təsadüf edir.
Beynəlxalq terrorizm, insan alveri, "çirkli pullar"ın yuyulması məsələləri BMT-nin Konqresində müzakirə olunacaq

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir K.Zərbalıyeva/

Aprelin 12-19-da Braziliyada BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Mühakiməsi üzrə 12-ci Konqresi keçiriləcək.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən bazar ertəsi Trend -a verilən məlumata görə, "Qlobal problemlərin qarşısının alınması üçün hərtərəfli strategiyalar: cinayətkarlığın qarşısının alınması, cinayət mühakiməsi sistemləri və onların dəyişən dünyada inkişafı" mövzusunda keçiriləcək toplantıda terrorizmin qarşısının alınması və azaldılması ilə bağlı beynəlxalq vasitələrin ratifikasiyası və həyata keçirilməsi ilə bağlı texniki yardımların göstərilməsi, insan alveri və qeyri-qanuni miqrasiyaya dair cinayət mühakiməsinin cavab tədbirləri, transmilli mütəşəkkil cinayətkarlıq əlaqələri, "çirkli pullar"ın yuyulması əleyhinə yönəlmiş beynəlxalq əməkdaşlığın inkişafı, kibercinayətlər də daxil olmaqla, cinayətkarlıqla mübarizədə cinayətkarlar və müvafiq qüvvələr tərəfindən elm və texnologiyalardan istifadədə hazırkı vəziyyət, cinayət tərkibli problemlərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, mühacirlər, mühacir işçilər və onların ailələrinə qarşı edilən zorakılıqlara qarşı cavab tədbirlərinin görülməsi məsələləri müzakirə olunacaq.

Bu konqres BMT-nin cinayətkarlığın qarşısının alınması və cinayət mühakiməsi üzrə BMT konqreslərinin 55 illiyinə təsadüf edir.

1995-ci ildən bəri dünyanın müxtəlif hissələrində BMT tərəfindən beş ildən bir  cinayətkarlığın qarşısının alınması üzrə konqreslər keçirilir. Bu konqresler həm yerli, həm də beynəlxalq qanunvericiliyin formalaşmasına, yenilikçi ideyaların, eyni zamanda, müasir dünyanın ən vacib institutlarından olan cinayət mühakiməsi sistemində mürəkkəb məsələlərin həllinə təsir göstərib.

Xəbər lenti

Xəbər lenti