İran Parlamentinin spikeri Əli Laricani bu gün Livan, Sudan, Əl-Cəzayir və iraqlı həmkarları ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. Bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb. Laricani telefon danışığında İsrailin Qüdsdə müsəlmanlara aid tarixi binaları sökməsinə münasibət bildirərək, İslam ölkələrinin "sionist rejimi"nin atdığı bu addıma qarşı bir olmalarını istəyib. O deyib ki, müsəlman ölkələrinin İsrailin atdığı bu addım qarşısında sükut etməsi onları Fələstin torpaqlarında müsəlmanlara aid tarixi binaları daha da çox dağıtmağa ürəkləndirir. "Sionist rejimi"nin bu addımı müsəlmanların ləyaqətini təhqir etməkdir", - Laricani deyib.
Laricani ötən gün də Suriya və Uqanda parlamentlərinin spikerləri ilə bu məsələ ilə bağlı telefon danışığı aparıb.
Tərəflər razılaşıblar kı, ilk fürsətdə bu məsələni araşdırmaq məqsədilə görüşsünlər.