...

İraq, Əfqanıstan, Türkmənistan və Tacikistan prezidentləri İrana səfər edirlər (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 26 Mart 2010 14:42 (UTC +04:00)
İraq Prezidenti Cəlal Talibani, Əfqanıstan Prezidenti Həmid Kərzai, Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədov və Tacikistan Prezidenti İmaməli Rəhman İranda keçiriləcək Novruz Bayramı mərasimlərində iştirak etmək məqsədilə bu ölkəyə səfər edəcəklər. Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.
İraq, Əfqanıstan, Türkmənistan və Tacikistan prezidentləri İrana səfər edirlər 
(ƏLAVƏ OLUNUB)

İraq Prezidenti Cəlal Talibani, Əfqanıstan Prezidenti Həmid Kərzai, Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədov və Tacikistan Prezidenti İmaməli Rəhman İranda keçiriləcək Novruz Bayramı mərasimlərində iştirak etmək məqsədilə bu ölkəyə səfər edəcəklər. Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, İraq və Tacikistan prezidentləri bu gün, Əfqanıstan və Türkmənistan prezidentləri isə sabah İrana səfər edəcəklər.

Həmçinin, prezidentlər iranlı həmkarları Mahmud Əhmədinejadla birgə Novruz Bayramının Birləşmiş Milllətlər Təşkilatı tərəfindən beynəlxalq bayram statusu alması münasibətilə İranın Tehran və Şiraz şəhərlərində keçiriləcək möhtəşəm bayram şənliyində iştirak edəcəklər.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən Novruzun bu ildən etibarən beynəlxalq bayram statusu alması münasibətilə İranda möhtəşəm mərasim təşkil ediləcək. Bununla bağlı Novruz Bayramını qeyd edən ölkələrin dövlət və hökumət nümayəndələri mərasimə dəvət ediliblər. Martın 27-də Tehranda başlanacaq mərasim növbəti gün Şirazda davam edəcək.

Azərbaycanı tədbirdə xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti