...

İranın xarici işlər naziri Qabona səfər edəcək

Dünya xəbərləri Materials 1 Aprel 2010 10:37 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Möttəki bu gün Mərkəzi Afrika ölkələrindən olan Qabona səfər edəcək.
İranın xarici işlər naziri Qabona səfər edəcək

İranın xarici işlər naziri Mənuçöhr Möttəki bu gün Mərkəzi Afrika ölkələrindən olan Qabona səfər edəcək. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Səfərin ikitərəfli əlaqələrin, regional və beynəlxalq məsələlərin müzakirəsi məqsədilə həyata keçirildiyi bəyan edilib. Möttəki Qabona səfəri ilə bağlı bildirib ki, Qabon BMT Təhlükəsizlik Şurasının üzvüdir və bununla bağlı istəyirik ki, Tehran reaktoruna lazım olan yanacağın mübadiləsi formatı ilə bağlı İranın mövqeyini Qabon Respublikasına bir daha açıqlayaq.

Qərb tələb edir ki, İran "Tehran" nüvə laboratoriyası reaktorunun yanacaqla təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın.

"Tehran" laboratoriyasında reaktor 40 il bundan əvvəl ABŞ tərəfindən tikilib və əsas funksiyası dərmanların istehsalı ilə məşğul olmaqdır. Sonuncu dəfə 1993-cü ildə İran Argentinadan 30 kq 19,75 faiz zənginləşdirilmiş uran almaqla, bu reaktoru yanacaqla təmin edib.

Möttəki ötən gün birgünlük səfərlə Əlcəzairə səfər edib və bu gün oradan Qabona səfər edəcək.

Xəbər lenti

Xəbər lenti