...

ABŞ Türkiyənin öz səfirini Vaşinqtona qaytarmaq barədə qərarından razıdır - Dövlət Departamenti

Dünya xəbərləri Materials 3 Aprel 2010 10:36 (UTC +04:00)

ABŞ Namiq Tanın Vaşinqtona qayıtması barədə Türkiyənin qərarından razıdır. Bunu cümə günü brifinqdə ABŞ dövlət katibinin ictimaiyyətlə əlaqələr üzrə müavini Filip Krouli deyib. Məlumatı Anadolu agentliyi yayıb.

"Türkiyə və ABŞ strateji əlaqələrə malikdir", - Krouli vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə səfirinin Vaşinqtonda iştirakı bu əlaqələri daha da səmərəli edir.

ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi martın 4-də qondarma "erməni soyqırımı" qətnaməsini qəbul edib. 23 konqresmen sənədin qəbuluna, 22-si isə əleyhinə səs verib. Səsvermə qətnamənin yekun qəbulu demək deyil. Sənəd Nümayəndələr Palatasının tam tərkibi tərəfindən baxılması üçün təqdim olunacaq. Qətnamə üzrə ümumi səsvermənin vaxtı hələlik təyin olunmayıb.

Qətnamə qəbul olunduqdan dərhal sonra Türkiyə hökuməti Vaşinqtondakı səfirini geri çağırıb.

Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan cümə günü jurnalistlərə bildirib ki, Namiq Tan gələn həftə ABŞ-a qayıdacaq.

Xəbər lenti

Xəbər lenti