İran XİN rəhbəri Mənuçöhr Möttəki İtaliyanı, silah alverində ittiham olunaraq Roma həbsxanasında saxlanılan iki iranlı vətəndaşı azad etməyə çağırıb. - Məlumatı Press TV yayıb.
Möttəki bazar ertəsi iranlı müxbir Həmid Məsuminecadın və İtaliyada yaşayan Əli Dəmirçilunun ailəsi ilə görüşündə müraciət edib. Silah alverində ittiham olunan bu şəxslər İtaliya hakimiyyəti tərəfindən saxlanılıb.
"Biz italiyalı məmurlardan həmin adamların azadlığa buraxılması üçün zəmin hazırlamağı xahiş edirik", - o vurğulayıb.
Möttəkinin sözlərinə görə, bu həbslər ABŞ-ın MKİ və Pentaqonun vasitəsilə planlaşdırdığı oyundur və onlar bu oyunu dünyanın bir çox yerlərində oynayırlar, ancaq sonda uduzurlar".
"Biz İtaliya hökumətini MKİ və Pentaqonun uğursuz oyununda iştirak etməməyə çağırırıq", - nazir əlavə edib.
İran İslam Respublikasının ünvanına səslənən ittihamları qəbuledilməz adlandırıb.