Türkiyə Prezidenti Abdullah Gül cümə axşamı Qırğızıstanın Müvəqqəti Hökumətinin Baş nazirinin müavini Almazbek Atanbayev ilə görüşəcək, - "Cihan" agentliyi məlumat verir.
Qırğızıstanın Müvəqqəti Hökumətinin nümayəndələrindən ibarət nümayəndə heyəti bu gün Türkiyəyə gələcək.
Qırğızıstanda ötən həftə baş verən kütləvi etiraz aksiyalarından sonra hökumət dəyişdirilib və müxalifət hakimiyyəti ələ keçirib. Bu artıq ölkə müstəqillik əldə etdikdən sonra ikinci hökumət çevrilişidir. Rəsmi prezident Kurmannek Bakiyev beş il öncə baş verən inqilab nəticəsində hakimiyyətə gəlmişdi.
Aprelin 6-7-də Qırğızıstanı əhatə edən kütləvi etiraz aksiyaları nəticəsində Bakiyevdən prezident səlahiyyətlərindən əl çəkməyi tələb edən Roza Otunbayevanın rəhbərliyi altında Müvəqqəti Hökuməti formalaşdıran müxalifət hakimiyyətə gəlib.