...

Reyqanın sabiq müşaviri, hüquqşunas Brüs Feyn ermənilərin iddialarını əsassız sayır

Dünya xəbərləri Materials 27 Aprel 2010 19:36 (UTC +04:00)
Ermənilərin əsassız iddialarına qarşı çıxan, ABŞ-da sözükeçən adamlardan biri olan hüquqşunas Brüs Feyn qeyd edib ki, erməni diasporu öz yalanlarının üstünün açılacağından qorxaraq, arxivlərin öyrənilməsindən və beynəlxalq məhkəməyə müraciət etməkdən boyun qaçırır.
Reyqanın sabiq müşaviri, hüquqşunas Brüs Feyn ermənilərin iddialarını əsassız sayır

Ermənilərin əsassız iddialarına qarşı çıxan, ABŞ-da sözükeçən adamlardan biri olan hüquqşunas Brüs Feyn qeyd edib ki, erməni diasporu öz yalanlarının üstünün açılacağından qorxaraq, arxivlərin öyrənilməsindən və beynəlxalq məhkəməyə müraciət etməkdən boyun qaçırır. Məlumatı TRT-nin Rusiya xidməti yayıb.

ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın sabiq müşaviri Feyn jurnalistlərin suallarına cavab verib.

"Birinci Dünya müharibəsindən istifadə edən ermənilər müstəqil millət yaratmaq məqsədilə üsyana qalxdılar və düşmən qüvvələrlə əməkdaşlıq edərək Osmanlı İmperiyasına xəyanət etdilər", - Feyn vurğulayıb.

"Hesab edilir ki, Birinci Dünya müharibəsi zamanı türk-müsəlmanların Şərqi Anadoludakı itkilərinin sayı təqribən iki milyon nəfər, ermənilərin itkilərinin sayı isə 300 mindən 600 min nəfərədək təşkil edib. Lakin ermənilər zaman keçdikcə öz qurbanlarının sayını artırıblar", - Feyn belə düşünür.

"Keçmişdə baş verənlər birgə faciə olub. Ermənilər həmişə öz iddialarını siyasi platformalarda müdafiə edirlər. Lakin siyasətçilər tarixi bilmir", - o qeyd edib.

"Əgər ermənilər öz iddialarından əmindirlərsə, bəs nə üçün onlar beynəlxalq məhkəməyə müraciət etmirlər? Onlar beynəlxalq məhkəməyə ona görə müraciət etmirlər ki, proses zamanı arxivlər öyrəniləcək və həmin tədqiqat nəticəsində məlum olacaq ki, ermənilər müstəqillik qazanmaq məqsədilə Osmanlılara xəyanət ediblər", - Feyn deyib.

Qondarma "erməni soyqırımı"nın ölkələrin parlamentlərində müzakirəsinə gəlincə, Feyn bildirib ki, tarixə və cinayətlərə rəy vermək, yaxud tarixi müzakirə etmək, ilk növbədə, bu cür təşəbbüslə çıxış edən politoloqların ölkələrinin konstitusiyasına ziddir.

Xəbər lenti

Xəbər lenti