İran Prezidentinin mətbuat üzrə müşaviri və İRNA dövlət xəbər agentliyinin direktoru Əli Əkbər Cavanfekr İran,Türkiyə və Suriyanın müştərək xəbər agentliyi təsis etməsini irəli sürüb. Bunu Trend İranın İRNA xəbər agentlyinə istinadən yayıb.
Cavanfekr bu təklifi ötən gün Suriyanın rabitə naziri Möhsün Bilal ilə görüşündə deyib. Bilal Cavanfekrin bu təklifini alqışlayıb. Görüşdə Suriya Dövlət Xəbər Agentliyinin rəhbəri Ədnan Mamud və Dövlət Televiziyasının rəhbəri Müin Heydər də iştirak ediblər.
Tərəflər bu təklifi OANA təşkilatının Türkiyədə keçiriləcək növbəti iclasında üçtərəfli müzakirə etmək haqda razılaşıblar.
Cavanfekr İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimini Suriyaya səfərində müşayiət edir.