...

Türkiyənin Baş nazirini təhdid edən qadın azadlığa buraxılıb

Dünya xəbərləri Materials 12 May 2010 15:11 (UTC +04:00)
Təhdidin yanlış olduğu bilinəndən sonra, məktub sahibi sərbəst buraxılıb.
Türkiyənin Baş nazirini təhdid edən qadın azadlığa buraxılıb

İzmir Polis Şöbəsinə elektron məktub yazaraq, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı  təhdid edən qadın sərbəst buraxılıb. Bu haqda Türkiyənin ANADOLU İnformasiya Agentliyi məlumat verib. İzmir Polis Şöbəsindən verilən məlumata görə, idarəyə "Baş nazirə sui-qəsd ediləcək" adında elektron məktub daxil olub. Elektron məktubun kim tərəfindən yazıldığı təsbit edildikdən sonra, məktubu ünvanlayan həbs edilib. Təhdidin yanlış olduğu bilinəndən sonra, məktub sahibi sərbəst buraxılıb.

Xəbər lenti

Xəbər lenti