...

İran uranın zənginləşdirilməsini dayandırmayacaq - BAEA-dakı nümayəndə

Dünya xəbərləri Materials 21 May 2010 16:43 (UTC +04:00)
İran uranın zənginləşdirilməsini dayandırmayacaq. Bunu İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) nümayəndəsi Əli Əsgər Sultaniyyə deyib.
İran uranın zənginləşdirilməsini dayandırmayacaq - BAEA-dakı nümayəndə

İran uranın zənginləşdirilməsini dayandırmayacaq. Bunu İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) nümayəndəsi Əli Əsgər Sultaniyyə deyib. Məlumatı MEHR agentliyi yayıb.

"Tehran BMT Təhlükəsizlik Şurasının İrandan uranı zənginləşdirilməsini dayandırmaq tələbinə qarşı çıxır, çünki bu qərar qanunsuzdur", - o bildirib.

"Beynəlxalq qanunlarda, eləcə də BAEA-nin müddəalarında və nüvə silahının yayılmaması barədə sazişdə nüvə proqramının dayandırılması haqqında heç bir fikir söylənilməyib, lakin Qərb dövlətləri bu şərtləri yalnız İrana qarşı münasibətlərində qəbul etmək istəyirlər", - Sultaniyyə deyib.

O, həmçinin BMT Təhlükəsizlik Şurasının qərarını böyük tarixi səhv adlandırıb və BMT-ni bu fikirdən daşınmağa çağırıb.

"ABŞ və Qərb ölkələri İranı nüvə proqramından hərbi məqsədlərlə istifadə etməkdə günahlandırırlar, lakin bu cür ittihamlar əsassızdır", - Sultaniyyə deyib.

Onun fikrincə, bu ölkələr belə ittihamlardan BMT Təhlükəsizlik Şurasında BAEA-ya səlahiyyət vermək üçün bəhanə kimi istifadə edirlər, lakin İran buna heç bir halda yol verməyəcək.

"İran bütün sanksiyalar və təzyiqlərə qarşı cıxacaq və Qərb ölkələrinə digər müsəlman dövlətlərinə təzyiq göstərmək üçün bu kimi bəhanələrdən istifadə etməyə imkan verməyəcək", - Sultaniyyə deyib.

Xəbər lenti

Xəbər lenti