...

Türkiyənin İsraildən geri çağırılan səfiri İstanbula gəlib

Dünya xəbərləri Materials 3 İyun 2010 12:08 (UTC +04:00)
Türkiyənin Təl-Əvivdəki səfiri Oğuz Çelikkol cümə axşamı vətənə qayıdıb. Ankara səfiri İsrail xüsusitəyinatlılarının içərisində beynəlxalq könüllülərin olduqları və Qəzza sektoruna gedən humanitar donanmaya hücumuna etiraz əlaməti olaraq geri çağırıb. Bu barədə Cihan agentliyi məlumat verib.
Türkiyənin İsraildən geri çağırılan səfiri İstanbula gəlib

Türkiyənin Təl-Əvivdəki səfiri Oğuz Çelikkol cümə axşamı vətənə qayıdıb. Ankara səfiri İsrail xüsusitəyinatlılarının içərisində beynəlxalq könüllülərin olduqları və Qəzza sektoruna gedən humanitar donanmaya hücumuna etiraz əlaməti olaraq geri çağırıb. Bu barədə Cihan agentliyi məlumat verib.

Təyyarə səhər tezdən Atatürk adına İstanbul hava limanında yerə enib. Səfir gəlişi ilə bağlı heç bir bəyanat verməyib.

İsrail xüsusitəyinatlıları bazar günündən bazar ertəsinə keçən gecə neytral sularda altı gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə ən azı 600 nəfər hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşları olub. Dünya KİV-in verdiyi məlumata görə, hazırda İsrailin həyata keçirdiyi xüsusi əməliyyatın qurbanlarının sayı 19 nəfərə çatıb. İsraillilərsə 10 nəfərin öldüyünü iddia edirlər.

Türkiyə XİN başçısı Əhməd Davudoğlu BMT İnsan Haqları Şurasının qəbul etdiyi beynəlxalq hüquq pozuntularının araşdırılması üzrə beynəlxalq missiyanın göndərilməsi barədə qərarını açıqlayıb və insidentə bütün beynəlxalq səviyyələrdə ən yüksək səviyyədə baxılacağını vəd edib. Bu barədə Türkiyənin CNN Turk telekanalı məlumat verib

Nazir xəbərdarlıq edib ki, İsrail yaxın vaxtlarda Qəzzanın blokadasına son qoymazsa, Ankara Təl-Əvivlə münasibətlərə yenidən baxacaq.

Xəbər lenti

Xəbər lenti