...

Qoridə yaşayış binasında partlayış baş verib, iki nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 15 İyun 2010 12:36 (UTC +04:00)
Qoridə yaşayış binasında baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb.
Qoridə yaşayış binasında partlayış baş verib, iki nəfər xəsarət alıb

Gürcüstan, Tbilisi, 15 iyun /Trend, müxbir N.Kirsxaliya/

Qoridə yaşayış binasında baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb.

Xəsarət alan qadını və onun qızını Tbilisinin yanıq mərkəzinə çatdırıblar. Qadın Maya Tandiaşvilinin vəziyyəti ağırdır. O, ikinci dərəcəli yanıq xəsarəti alıb.

Partlayış səhər saat 07:00-da Tandiaşvilinin beşmərtəbəli binanın ikinci mərtəbəsindəki mənzilində məişət qazının sızması nəticəsində baş verib.

Tandiaşvilinin mənzili tamamilə dağılıb. Yuxarı mərtəbədəki mənzillər də ziyan çəkib.

Xəbər lenti

Xəbər lenti