...

Əhmədinejad müqavimət göstərərək Qərbi təhqir edib - ayətullah Cənnəti

Dünya xəbərləri Materials 18 İyun 2010 16:25 (UTC +04:00)
Tehranın cümə imamı ayəttulah Əhməd Cənnəti bildirib ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyalar tətbiq etsə də, Prezident Mahmud Əhmədinejad Qərbin hədələrinə qarşı müqavimət göstərərək, onları "tərksilah" və təhqir edib.
Əhmədinejad müqavimət göstərərək Qərbi təhqir edib - ayətullah Cənnəti

Tehranın cümə imamı ayəttulah Əhməd Cənnəti bildirib ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyalar tətbiq etsə də, Prezident Mahmud Əhmədinejad Qərbin hədələrinə qarşı müqavimət göstərərək, onları "tərksilah" və təhqir edib. Cənnəti Əhmədinejadın BMT TŞ qətnamələrinə saymazyana münasibətini alqışlayıb. Məlumatı FARS agentliyi yayıb.

BMT Təhlükəsizlik Şurası iyunun 9-da İranın nüvə proqramına qarşı 4-cü qətnaməni qəbul edib. Sənədin lehinə BMT TŞ-nin 12 üzvü səs verib, Türkiyə və Braziliya əleyhinə səs verib, Livan bitərəf qalıb.

Cənnəti BMT TŞ-nin İsrailin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumunu vurğulayaraq bildirib ki, "Təhlükəsizlik Şurası özü ən böyük təhlükədir". Onun sözlərinə görə, BMT TŞ ayrıseçkilik edir və İsraillə bağlı məsələlərdə susur. Cənnəti bildirib ki, İran dünyaya sübut edib ki, onun nüvə proqramı sülhməramlıdır.

İyun ayının əvvəlində Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano İranın nüvə proqramına dair məruzəsində bildirib ki, İranın nüvə silahı istehsal etməsi ilə bağlı şübhələr olduğu kimi qalır.

Xəbər lenti

Xəbər lenti