...

İran Livanın "Hizbullah" təşkilatını dəstəklədiyinə görə fəxr edir - Parlamentin spikeri

Dünya xəbərləri Materials 30 İyul 2010 13:26 (UTC +04:00)
İran Livanın "Hizbullah" təşkilatını dəstəklədiyinə görə fəxr edir. Bu barədə İran Parlamentinin spikeri Əli Laricani bildirib, - məlumatı IRNA agentliyi yayıb.
İran Livanın "Hizbullah" təşkilatını dəstəklədiyinə görə fəxr edir - Parlamentin spikeri

İran Livanın "Hizbullah" təşkilatını dəstəklədiyinə görə fəxr edir. Bu barədə İran Parlamentinin spikeri Əli Laricani bildirib, - məlumatı IRNA agentliyi yayıb.

İran əleyhinə bir qrup Amerika konqresmeninin dərc etdirdiyi  bəyanatı xatırladan Laricani deyib ki, "Bəyanat nüvə silahına malik olmaqla bağlı şübhələrə görə İran hökumətini təhqir edir".

Onun sözlərinə görə, amerikalılar İranı Livanın "Hizbullah" təşkilatındakı casuslarına göstərişlər verərək, beynəlxalq terrorizmin cinayətlərini ört-basdır etməkdə günahlandırırlar.

Laricani deyib ki, İranın Kəşfiyyat Nazirliyi ictimaiyyətin "Cundulla" qruplaşmasının rəhbəri Əbdülməlik Riqinin onların fəaliyyətinə kimin rəhbərlik etməsini bilməsi üçün etirafını dərc etdirməlidir.

Xəbər lenti

Xəbər lenti