...

İranda yenə də güclü zəlzələ olub

Dünya xəbərləri Materials 31 İyul 2010 12:51 (UTC +04:00)
Bu gün səhər yerli vaxtla saat 11:22 radələrində İranın Kirman əyalətinin Nigar şəhəri yaxınlığında Rexter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ baş verib.
İranda yenə də güclü zəlzələ olub

Bu gün səhər yerli vaxtla saat 11:22 radələrində İranın Kirman əyalətinin Nigar şəhəri yaxınlığında Rexter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın IRINN telekanalının rəsmi xəbər saytı məlumat verib.

Hələlik zəlzələ nəticəsində ölən, yaralananlar və zəlzələnin vurduğu ziyan barədə məlumat yoxdur.

Ötən gün də yerli vaxtla saat 18:20-də 5,7 bal gücündə İranın şimal-şərqində, Türbəti-Heydəriyyə şəhərinin yaxınlığında yerləşən Xorasan Rəzavi vilayətində zəlzələ baş verib, 170-dən çox insan xəsarət alıb.

Ümumiyyətlə, İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdi. Zəlzələ nəticəsində 31 min insan ölmüş və palçıqdan tikilən qədim qala dağılmışdı.

Xəbər lenti

Xəbər lenti