İran ağır və müdafiə sənayesində, eləcə də nüvə sahəsində istifadə olunmaq üçün saxsı materiallar istehsal edib. Bu barədə Tehrandakı Texnoligiyaların Öyrənilməsi Mərkəzinin saxsı materialların istehsalı üzrə layihənin rəhbəri Hüseyn Sadiqi bildirib. Bu barədə Mehr informasiya agentliyi bildirib.
"Biz hərbi, nüvə, kosmik və avtomobil sahələrində, eləcə də alüminium, mis və poladın axıdılması üçün xəlitələr və əritmə sobaları üçün yüksək davamlılığa malik və istiyə dözümlü SiC və B4C ilkin saxsı materialları istehsal etmişik", - Sadiqi bildirib.