...

Buşəhr AES bir aydan sonra istismara veriləcək – İran XİN nümayəndəsi

Dünya xəbərləri Materials 9 Avqust 2010 17:36 (UTC +04:00)
Buşəhr AES virtual yanacaqdan istifadə etməklə sınaqdan keçib və bir aydan sonra istismara veriləcək
Buşəhr AES bir aydan sonra istismara veriləcək – İran XİN nümayəndəsi

Buşəhr AES virtual yanacaqdan istifadə etməklə sınaqdan keçib və bir aydan sonra istismara veriləcək. Bu barədə İran XİN nümayəndəsi Ramin Mehmanpərəst deyib. Xəbəri "ILNA" agentliyi yayıb.

İranın Buşəhr şəhəri yaxınlığında tikilən Buşəhr AES İranda və bütün Yaxın Şərqdə ilk atom-elektrik stansiyasıdır. Buşəhr şəhərinin cənub-şərqində Buşəhr AES-in tikintisi Qərbi Almaniyanın "Kraftwerk Union " konserni tərəfindən 1975-ci ildə başlayıb; lakin 1980-ci ildə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara AFR hökumətinin qoşulması nəticəsində onun tikintisi dayandırılıb.

1992-ci il avqustun 25-də Rusiya və İran arsında AES-in tikintisinin davam etdirilməsi haqqında razılaşma imzalanıb. 1995-ci ilin yanvarında birinci blokun tikintisinin başa çatdırılmasına dair müqavilə imzalanıb. 1998-ci ildə isə tikintinin idarə edilməsi "Atomstroyeksport" şirkətinə keçib.

Xəbər lenti

Xəbər lenti