Ötən gecə İranın Simnan əyalətinin Damğan şəhərində baş vermiş zəlzələ nəticəsində, ikisi körpə uşaq olmaqla, 3 nəfər ölüb, 40 nəfər yaralanıb. Məlumatı İranın FARS xəbər agentliyi yayıb.
Zəlzələ yerli vaxtla saat 23:53 radələrində Rixter cədvəli üzrə 5,9 bal gücündə olub.
Nəticədə Kədu, Bidəstan, Fətuh, Kuhzər kəndlərində dağıntılar qeydə alınıb.
Bu zəlzələdən sonra əyalətdə bir daha - 5 bal gücündə iki, 3 bal gücündə bir zəlzələ qeydə alınıb.