...

İranda daha bir nəfər edam olunub

Dünya xəbərləri Materials 17 Sentyabr 2010 13:14 (UTC +04:00)

Bu gün İranın Vəramin şəhərində "mavi göz" ləqəbli şəxs - kütləvi zorlamada, silahlı basqınlar təşkil etməkdə təqsirləndirilən Əmir Bilçi Kəngərlu Abdullah oğlu edam olunub. Məlumatı FARS informasiya agentliyi yayıb.

Məhkum Vəramin şəhərində edam olunub.

Beynəlxalq KİV-in məlumatına əsasən, cari il ərzində indiyədək İranda 100 nəfərdən artıq şəxs edam olunub. Ötən il isə bu rəqəm İranda 270 olmuşdu.

Xəbər lenti

Xəbər lenti