...

İranın müdafiə naziri Rusiyanı "S-300" raket komplekslərinin satışından imtina etdiyinə görə günahlandırıb

Dünya xəbərləri Materials 27 Sentyabr 2010 12:33 (UTC +04:00)
İranın müdafiə naziri Əhməd Vahidi bazar günü bəyan edib ki, Rusiyanın İslam Respublikasına "S-300" HHM komplekslərinin satışından imtina etməsi onun "etibarsızlığını" göstərir. Bu barədə "Fars" agentliyi məlumat verib.
İranın müdafiə naziri Rusiyanı "S-300" raket komplekslərinin satışından imtina etdiyinə görə günahlandırıb

İranın müdafiə naziri Əhməd Vahidi bazar günü bəyan edib ki, Rusiyanın İslam Respublikasına "S-300" HHM komplekslərinin satışından imtina etməsi onun "etibarsızlığını" göstərir. Bu barədə "Fars" agentliyi məlumat verib.

"Onlar bu hərəkətlə göstərdilər ki, etibarsızdırlar və etimada layiq deyillər; biz bunu, əlbəttə, artıq bilirik", - Vahidi İran-İraq müharibəsinə həsr olunmuş və hər il İranda qeyd edilən "Müqəddəs müdafiə həftəsi" ilə bağlı mərasimdə qeyd edib.

Çərşənbə günü Rusiya Prezidenti Dmitri Medvedevin imzaladığı fərmana görə, "S-300" kompleksləri BMT Təhlükəsizlik Şurasının Tehranın uranı zənginləşdirməkdən imtina etdiyinə görə, ona qarşı əlavə sanksiyalar tətbiq edən qətnaməsinə uyğun olaraq satıla bilməz.

"Onlar göstərdilər ki, hətta adi məsələdən söhbət getdikdə belə, öz müstəqilliklərini qoruyub-saxlamaq iqtidarında deyillər", - Vahidi bildirib.

İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komitəsinin sədri Əlaəddin Borucedi bazar günü bəyan edib ki, əgər Rusiya İrana "S-300" komplekslərini satmasa, bu ölkə məhkəmə yolu ilə kompensasiya ödənilməsini tələb edə bilər. Bu barədə ISNA agentliyi məlumat verir.

"Biz ümid edirik, Buşəhr AES-də baş verdiyi kimi, onlar öz öhdəliklərini yerinə yetirəcək", - Borucerdi bildirib.

Rusiya və İran 800 milyon dollar dəyərində "S-300" raketdənmüdafiə sistemi barədə razılaşmanı 2007-ci ildə imzalayıblar. Bu razılaşmanın şərtlərinə uyğun olaraq, Rusiya İrana 800 milyon dollara yaxın məbləğdə "S-300 PMU-1" zenit raket sistemininbeş diviziyasını satmalıdır.

"S-300" zenit raket sistemi iri sənaye və inzibati obyektləri, hərbi bazaları və idarəetmə məntəqələrini düşmənin hərbi-kosmik hücum zərbələrindən qorumaq üçün nəzərdə tutulub. Sistem ballistik hədəfləri məhv etməyə, yerüstü hədəflərə zərbə endirilməsi  imkanlarının qarşısını almağa qadirdir. "S-300" sistemlərinin sonuncu modifikasiyası düşmənin 150 kilometr uzaqlıda və 27 kilometrədək yüksəklikdəki təyyarələrini vurmaq iqtidarındadır.

Xəbər lenti

Xəbər lenti