...

İranda həbsdə olan iki ABŞ vətəndaşının məhkəmə prosesi davam edir - XİN rəsmisi

Dünya xəbərləri Materials 28 Sentyabr 2010 12:36 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, İranda həbsdə olan iki ABŞ vətəndaşının məhkəmə prosesi davam edir və dosyelərinə baxılır.
İranda həbsdə olan iki ABŞ vətəndaşının məhkəmə prosesi davam edir - XİN rəsmisi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, İranda həbsdə olan iki ABŞ vətəndaşının məhkəmə prosesi davam edir və dosyelərinə baxılır, - bu barədə İRNA agentliyi məlumat verir.

Bir il bundan əvvəl İran - İraq sərhədində Amerika vətəndaşları olan Şin Baver, Coşua Fetal və Sara Şord həbs ediliblər. Onlar İran sərhədini qanunsuz keçməkdə və casusluqda günahlandırılıblar. Lakin ABŞ bəyan edir ki, saxlanılanlar sərhədi təsadüfən keçən alpinistlər və səyyahlardır.

İran Ramazan bayramı münasibətilə Sara Şordu vəsiqə zəmanəti ilə azadlığa buraxıb, lakin digər iki məhbus hələ də saxlanılır.

İRNA agentliyinin məlumatına əsasən, Mehmanpərəst bildirib ki, iki ABŞ vətəndaşı qanunsuz İran sərhədlərini pozub və İran Ədliyyə Nazirliyi onların ittihamları ilə bağlı işə baxır.

Bundan əvvəl İran Kəşfiyyat Xidmətinin rəisi Heydər Moslehi deyib ki, saxlanılan amerikalılar ABŞ həbsxanalarında olan İran vətəndaşları ilə dəyişdirilə bilərlər. Mayın sonlarında İran hakimiyyəti həbs olunan amerikalıların analarının öz övladları ilə görüşmələrinə imkan verib.

Sara Şord 500 min dollar girov qoymaqla, sentyabrın 14-də azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti