...

Tanınmış türk klinikasının Azərbaycanda mərkəzi açılacaq

Dünya xəbərləri Materials 29 Sentyabr 2010 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin tanınmış "Anadolu Sağlıq Mərkəzi" Azərbaycanda yeni klinika açacaq. Bu barədə Trend-ə mərkəzin Azərbaycanda səfərdə olan beyin və sinir üzrə cərrahı, professor Tuncer Süzer məlumat verib. Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ilə "Anadolu Sağlıq Mərkəzi" arasında mərkəzin klinikasının açılması istiqamətində danışıqlar aparılır.

Süzer onu da qeyd edib ki, Azərbaycanda "Anadolu Sağlıq Mərkəz"i açılacağı təqdirdə, əhalinin bəzi sosial təbəqələrinə xüsusi güzəştlər olunacaq.

Süzerin sözlərinə görə, "Anadolu Sağlıq Mərkəzi"nin Azərbaycanda açılacağı  klinikasını digər tibb mərkəzlərindən fərqləndirən əsas cəhəti yüksək səviyyəli heyəti  və müasir avadanlıqlarıdır.

Süzerin sözlərinə görə, "Anadolu Sağlıq Mərkəzi"nə dünyanın bir çox ölkələrindən, o cümlədən, Azərbaycandan da müalicə üçün müraciət edənlər var və bu ölkədən müraciət edən xəstələrin sayı artmaqdadır.

Xəbər lenti

Xəbər lenti