...

İran Prezidenti Beyruta gəlib

Dünya xəbərləri Materials 13 Oktyabr 2010 12:39 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə günü səhər ilk rəsmi səfərlə Livanın paytaxtı Beyruta gəlib. Bu barədə İranın Press-TV telekanalı məlumat verib.
İran Prezidenti Beyruta gəlib

İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə günü səhər ilk rəsmi səfərlə Livanın paytaxtı Beyruta gəlib. Bu barədə İranın Press-TV telekanalı məlumat verib.

Əhmədinejadın səfəri onun livanlı həmkarı Mişel Süleymanın rəsmi dəvəti ilə baş tutub.

İran Prezidenti Süleymanla, Baş nazir Saad əl-Həriri və Parlamentin sədri Həbib Berri ilə danışıqlar aparacaq.

İran Prezidenti, həmçinin, İsraillə sərhəd yaxınlığında yerləşən Livanın Bint-Cübeyl və Marunəl-Ras kəndlərinə səfər edəcək. Bu, İran Prezidentinin sərhədə səfərini "təxribat" adlandıran ABŞ və İsraildə narazılıqla qarşılanıb. Vaşinqton, Saad əl-Həririnin başçılıq etdiyi Livan hökumətinin, "əl-Müstəqbal" qərbyönümlü hərəkatının ünvanına Əhmədinejada Livan - İsrail sərhədinə səfər etməyə icazə verməmək barədə xəbərdarlıq göndərib.

Bint-Cübeyl kəndi 2006-cı ildə ikinci Livan müharibəsi zamanı Livanın iranyönlü "Hizbullah" hərəkatının üzvləri ilə İsrail qoşunları arasında şiddətli hərbi toqquşmaların mərkəzi olub. İndi Livanın cənubuna Livan ordusu ilə yanaşı, UNIFIL-in xüsusi sülhməramlı kontingenti nəzarət edir. Lakin İsraildə və ABŞ-da əmindirlər ki, Vaşinqtonun terrorçu təşkilat elan etdiyi "Hizbullah" bu kənddən Tehrandan və Dəməşqdən gətirilən silahlar üçün anbar kimi istifadə edir.

Əhmədinejadın son dörd ildə gizli fəaliyyət göstərən "Hizbullah"ın onun şərəfinə təşkil edəcəyi mitinqdə minlərlə insanın iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti