İranın xarici işlər naziri Mənüçöhr Müttəki Afrika turnesi çərçivəsində Toqonun paytaxtı Lomeyə səfərə gəlib. Məlumatı IRNA agentliyinə istinadən Press TV yayıb.
Müttəki və İran nümayəndə heyətinin Toqo səfəri zamanı Prezident və ölkənin bir sıra aparıcı şəxsləri ilə görüş planlaşdırılıb.
Bundan əvvəl İranın xarici işlər naziri cümə günü Qana Prezidenti Con Evans Atta Mills ilə danışıqlar aparıb.
Müttəki Afrika turnesinə cümə axşamı Burkina-Fasoya səfərlə başlayıb, orada ölkə Prezidenti Bleyz Kompaore ilə görüşüb.