...

İran və Vatikan islamla xristianlığı daha sıx əməkdaşlığa çağırır

Dünya xəbərləri Materials 1 Noyabr 2010 10:46 (UTC +04:00)
İran və Vatikan planetdə sülhün və ədalətin əldə olunması üçün daha sıx əməkdaşlığın yaradılmasının vacibliyini qeyd edir.
İran və Vatikan islamla xristianlığı daha sıx əməkdaşlığa çağırır

İran və Vatikan planetdə sülhün və ədalətin əldə olunması üçün daha sıx əməkdaşlığın yaradılmasının vacibliyini qeyd edir. Bu barədə IRNA agentliyi məlumat verib.

"Cəmiyyət, xüsusilə də Qərb mənəvi və insani dəyərlərin bir-birini əvəz etməsi ilə bağlı ciddi problemlərlə üzləşir. Bu vəziyyət islamla xristianlıq arasında daha sıx əməkdaşlığı daha zəruri edir", - İran xarici işlər nazirinin Avropa işləri üzrə müavini Əli Əhani Vatikan XİN başçısı Dominik Fransua Jozef Mamberti ilə telefon söhbəti zamanı bildirib.

O əlavə edib ki, din insan ləyaqətinə böyük önəm verir. "Lakin təəssüf ki, Qərb insan haqlarından siyasi alət kimi istifadə edir", - Əhani deyib.

Onun szölərinə görə, islam və xristianlıq birgə din əleyhinə cərəyanların yayılmasına mane ola bilərlər.

Öz növbəsində, Mamberti Yaxın Şərqdə dini tərəfdaşların əsrlərdən bəri birgə mövcudluğunu qeyd edib, mədəni və dini müxtəlifliyin "əvəzedilməz irs" olduğunu deyib.

Onun fikrincə, konstruktiv dialoq gərginliyin qarşısını ala, müsəlmanlar arasında sülh və dostluğu möhkəmləndirə bilər.

"Biz ekstremistlərə dinin obraz və statusunu ləkələməyə imkan verməməliyik", - Mamberti qeyd edib.

Xəbər lenti

Xəbər lenti