...

Rusiya Hava Desant Qoşunlarının komandanı Şamanov yol qəzasından sonra xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 30 Oktyabr 2010 15:00 (UTC +04:00)

Rusiya Hava Desant Qoşunlarının komandanı general-leytenant Vladimir Şamanov ağır yol qəzasına uğrayıb. General orta səviyyəli yaralar alıb və onunla gedən HDQ-nin Tula birləşməsinin komandiri vəzifəsini icra edən polkovnik Aleksey Naumes reanimasiyadadır. Bu barədə RİA Novosti-yə Rusiya Müdafiə Nazirliyinin informasiya idarəsinin nümayəndəsi məlumat verib.

Yol qəzası şənbə günü səhər Tula vilayətinin Zareçensk rayonunda, Moskva şəsesinin 1-ci kilometrliyində baş verib. Xidməti BMW-nin sürücüsü qəza yerində həlak olub, Şamanov və Naumes isə yerli xəstəxanaya yerləşdiriliblər.

Rusiya müdafiə nazirinin göstərişinə əsasən, yaxın vaxtlarda Şamanov Moskvadakı Burdenko hospitalına gətiriləcək.

Xəbər lenti

Xəbər lenti