...

Türkiyədə bazar günü baş vermiş partlayışda yaralananların əksəriyyətinin şəxsiyyəti müəyyən edilib

Dünya xəbərləri Materials 1 Noyabr 2010 11:34 (UTC +04:00)

Bazar günü İstanbulda baş vermiş partlayışda zərərçəkən 32 nəfərdən 25-nin şəxsiyyəti müəyyən edilib. Onlardan 12-si polis, 13-ü mülki şəxsdir.

Yaralanan polislər İlker Avat, Erkan Serbay Sığırçı, Mustafa Aslan, Xəlil Kəskinbıçaq, Müzəffər Aslan, İdris Nərgiz, Savaş Atəş, Mehmet Kızıltop, Saim Yamanlı, Emre Yıldırım, Bilal Çalışqan və Ahu Sunudur. Daha çox xəsarət alan Xəlil Kəskinbıçaq və Müzəffər Aslanın vəziyyəti yaxşılaşıb. Bu braədə СNN Turk xəbər verib.

Yaralanmış 13 mülki şəxsin də şəxsiyyəti müəyyən edilib. Bunlar Nuri Yılmaz, Gülden Güngör, Süleyman Karanlık, Receb Langin, Eter Ünsal, Hüseyn Sarı, Xıdır Aydoğlu, Əhməd Eftada, Aişə Elemeç, Salihə Aydoğlu, Sami Ozverel, Sami Gürsel və Racip Baturdur.
 
23 yaralıya ambulator tibbi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti