...

İran və Türkiyə nüvə tərksilahı prosesinin ön sıralarında ola bilərlər – İran XİN rəhbəri

Dünya xəbərləri Materials 11 Noyabr 2010 13:47 (UTC +04:00)
İran İslam Respublikası və Türkiyə beynəlxalq nüvə tərksilahı prosesinin ön sıralarında ola bilərlər. Bu barədə İran XİN rəhbəri Mənuçöhr Müttəki bildirib.
İran və Türkiyə nüvə tərksilahı prosesinin ön sıralarında ola bilərlər – İran XİN rəhbəri

İran İslam Respublikası və Türkiyə beynəlxalq nüvə tərksilahı prosesinin ön sıralarında ola bilərlər. Bu barədə İran XİN rəhbəri Mənuçöhr Müttəki bildirib. Məlumatı cümə axşamı İRNA agentliyinə istinadən Press TV yayıb.

"İran və Türkiyə nüvə silahından azad dünyanın yaradılması prosesinin ön sıralarında ola bilərlər", - Müttəki Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Murad Mərcanla görüşü zamanı bildirib.

İran XİN rəhbəri Tehran və Ankaranın əlaqələrin genişləndirilməsinə yönələn səylərini qeyd edib. Müttəki qeyd edib ki, Türkiyə regionda xüsusi mövqe tutur və vəziyyətə effektiv təsir edir.

Öz növbəsində, Mərcan ölkəsinin İranın nüvə proqramı ilə bağlı dəstəyini ifadə edib.

"Türkiyə İranın maraqlarını nəzərə alaraq və regionda təhlükəsizliyi təmin edərək öz siyasətini həyata keçirir", - o, bildirib.

Mərcan əlavə edib ki, Ankara dünyanın nüvə silahından azad olmasının zəruriliyini dəfələrlə qeyd edib.

O, Türkiyə ilə İran arasında münasibətlərin səviyyəsini yüksək qiymətləndirib və hər iki ölkənin əlaqələri bundan sonra da inkişaf etdirməli olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti