...

İranda hərbi təlimlər zamanı hava hədəfləri məhv edilib

Dünya xəbərləri Materials 19 Noyabr 2010 15:27 (UTC +04:00)
İran Silahlı Qüvvələrinin "Səma qoruyucuları" adı altında keçirdiyi beşgünlük hərbi təlimlərin dördüncü günündə İranın zenit silahları hipotetik düşmənlərin təyyarələrini vurub.
İranda hərbi təlimlər zamanı hava hədəfləri məhv edilib

İran Silahlı Qüvvələrinin "Səma qoruyucuları" adı altında keçirdiyi beşgünlük hərbi təlimlərin dördüncü günündə İranın zenit silahları hipotetik düşmənlərin təyyarələrini vurub. Bu barədə Press TV məlumat verib.

İran HHQ hərbi təlimlər zamanı yeni HHM sisteminin, eləcə də görünməz təyyarələri tanıyan radiolokasiya şəbəkələrinin uğurlu sınağını həyata keçiriblər.

İranın yüksək rütbəli hərbi nümayəndələri onu da bildiriblər ki, ölkədə Rusiyanın S-200 HHM sisteminin modernləşdirilmiş versiyası olan hava hücumundan müdafiə sistemi işlənib hazırlanıb. Onların iddiallarına görə, yeni versiya daha qabaqcıl S-300 sistemləri ilə müqayisə oluna bilər.

Keçirilən hərbi təlimlərin mətbuat katibi, briqada generalı Həmid Ərzənginin sözlərinə görə, modernləşdirilmiş orta hərəkət radiuslu "Mərsad" sistemi müxtəlif yüksəkliklərdə müasir təyyarələri aşkar və məhv etməyə qadirdir.

Bundan başqa, o əlavə edib ki, "Mərsad" sistemi yüksək çeviklik dərəcəsi ilə xarakterizə olunur, ondan radioelektron müharibədə istifadə oluna, digər radiolokasiya və raket komplekslərinin ümumi şəbəkəsi ilə birləşdirilə bilər.

Bu sistemin sınağı cümə axşamı, İran HHQ-nin tarixi ərzində ən iri təlimlərin üçüncü günü keçirilib.

İran ordusunun HHQ bölmələri və İslam İnqilabı Keşikçiləri Korpusu çərşənbə axşamı başlayan beşgünlük təlimlərdə iştirak edir.

İranın strateji obyektləri yaxınlığında keçirilən təlimlərin məqsədi yeni HHM sisteminin gücünü qiymətləndirməkdir.

Xəbər lenti

Xəbər lenti