...

İranda saxlanılan alman vətəndaşlarının işinə məhkəmədə baxılacaq

Dünya xəbərləri Materials 23 Noyabr 2010 12:40 (UTC +04:00)
İranda saxlanılan iki alman vətəndaşının işinə məhkəmədə baxılacaq.
İranda saxlanılan alman vətəndaşlarının işinə məhkəmədə baxılacaq

İranda saxlanılan iki alman vətəndaşının işinə məhkəmədə baxılacaq. Bu barədə bazar ertəsi İranın baş prokuroru Qulam Hüseyn Möhsüni Ecey Tehranda mətbuat konfransında jurnalistlərə bildirib. Bu barədə "Tehran Times" qəzeti məlumat verib.

"Həbs olunmuş alman vətəndaşları məhkəmə hökmü çıxarılanadək həbsdə saxlanılacaqlar", - Möhsüni Ecey deyib.

Ölkəyə turist vizası ilə gələn iki alman vətəndaşı jurnalist səlahiyyətləri əldə etmədən Səkinə Aştianinin qohumlarından müsahibə götürməyə cəhd göstərdiklərinə görə həbs olunublar.

İran məhkəməsi iki uşaq anası, 43 yaşlı Səkinə Məhəmmədi Aştianini ilk dəfə 2006-cı ildə ailə sədaqətini pozmaqda ittiham edib və ona 99 çubuq cəzası verilib. Hökmün yerinə yetirilməsinə baxmayaraq, 2007-ci ildə məhkəmə yenidən cinayət işini qaldırıb və Aştiani daşqalaq yolu ilə ölüm cəzasına məhkum edilib.

Bu ilin sentyabrında Aştiani cinayət törətdiyinə görə dar ağacından asılmaqla ölüm cəzasına məhkum edilib və İranın baş prokuroru Qulam Hüseyn Möhsani Eceyin sözlərinə görə, bu hökm sədaqətsizliyə görə çıxarılan hökmdən daha üstündür.

Xəbər lenti

Xəbər lenti