...

İranda "əl-Qaidə"nin 4 üzvü həbs olunub

Dünya xəbərləri Materials 27 Noyabr 2010 13:44 (UTC +04:00)
İranın təhlükəsizlik qüvvələri Tehranın "Mehrabad" hava limanında Zahidandan Tehrana uçan təyyarə ilə gəlmiş 4 nəfəri həbs edib.
İranda "əl-Qaidə"nin 4 üzvü həbs olunub

İranın təhlükəsizlik qüvvələri Tehranın "Mehrabad" hava limanında Zahidandan Tehrana uçan təyyarə ilə gəlmiş 4 nəfəri həbs edib. Bu barədə İranın "javannewspaper.com" internet-qəzeti məlumat verir.

Qəzet yazır ki, anonim mənbədən verilən məlumata əsasən, həbs edilmiş şəxslər "əl-Qaidə" terror təşkilatının üzvləridir.

Məlumata əsasən, həmin şəxslərdən bir ədəd fotoaparat, bir ədəd noutbuk, bir neçə flaşkart, Əfqanıstan və Bəluçistan xalqlarının milli geyimi və bir neçə şəxsiyyət vəsiqəsi müsadirə olunub.

Xəbər lenti

Xəbər lenti