...

İran "altılıq"la danışıqların atmosferini müsbət və konstruktiv adlandırıb

Dünya xəbərləri Materials 7 Dekabr 2010 12:13 (UTC +04:00)

İran diplomatları görüşdən bir gün sonra İranla "altılıq" arasındakı danışıqların atmosferini "müsbət" və "konstruktiv" adlandırıblar. Bu barədə İSNA agentliyi məlumat yayıb.

İranla "altılıq" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya) arasında yüksək səviyyəli danışıqlar bazar ertəsi Cenevrədə başlayıb və onun gedişi zamanı tərəflər nüvə problemi də daxil olmaqla məsələlərin geniş dairəsini müzakirə ediblər.

İran dəfələrlə bəyan edib ki, onun nüvənin işlənib hazırlanmasına hüququ muzakirələrin mövzusu deyil.

Tərəflər danışıqların ikinci günü kütləvi qırğın silahlarının yayılmaması rejimi, silahsızlaşma və dinc nüvə araşdırmalarını müzakirə etməklə bağlı razılaşıblar.

Hər üç məsələ iki il əvvəl İranın "altılığ"a göndərdiyi təkliflər paketinə daxil edilib.

Danışıqların birinci günü İranın nüvə problemi üzrə danışıqlarda əsas elçisi Səid Cəlili Qərbin iranlı alimlərə, o cümlədən bazar ertəsi avtomobilinin partladılması nəticəsində həlak olan Məcid Şəhriyariyə qarşı törətdiyi cinayəti pisləyib.

"Altılıq" tərəfdən danışıqlarda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton iştirak edir.

Cəlili Ruisya, Çin və Böyük Britaniyadan olan nümayəndələrlə ayrı-ayrı görüşlər keçirib.

İranın "altılıq"la danışıqları 2009-cu ildə BAEA-nın İdarə Şurası səs çoxluğu ilə Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi üzrə ikinci zavodun inşasına görə İranı mühakimə edən qətnamə qəbul etdikdən və Tehranı "agentliyə bəyan edilməyən digər nüvə proqramlarının həyata keçirilməsi barədə qərar qəbul edilməməsi"ni təsdiq etməyə çağırdıqdan sonra dayandırılmışdı.

Xəbər lenti

Xəbər lenti