Türkiyə Prezidenti Abdullah Gül çərşənbə günü Polşanın Baş naziri Donald Tusku qəbul edib. Bu barədə "Anadolu" informasiya agentliyi məlumat verib.
Görüş Ankarada Çankaya iqamətgahında bağlı qapılar arxasında keçirilib.
İkigünlük rəsmi səfər zamanı Tusk Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bundan başqa, iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar aparılacaq.
Səfər zamanı Polşa ilə bütün sahələrdə müsbət inkişaf edən ikitərəfli münasibətlərin aspektləri müzakirə ediləcək, cari regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.