...

Türkiyə XİN rəhbəri İranın baş nüvə elçisinin köməkçisini qəbul edib

Dünya xəbərləri Materials 20 Dekabr 2010 11:00 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İranın nüvə proqramı üzrə danışıqlarda nümayəndə heyəti rəhbərinin köməkçisi Əli Bağırini qəbul edib. Bu barədə Türkiyənin "Hürriyət" qəzeti məlumat verib.
Türkiyə XİN rəhbəri İranın baş nüvə elçisinin köməkçisini qəbul edib

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İranın nüvə proqramı üzrə danışıqlarda nümayəndə heyəti rəhbərinin köməkçisi Əli Bağırini qəbul edib. Bu barədə Türkiyənin "Hürriyət" qəzeti məlumat verib.

Diplomatik mənbələrin məlumatına görə, görüşdə Bağıri dekabrın 6-7-də Cenevrədə İranla "altılıq" (BMT Təhlükəsizlik Şurasınnı beş daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramı ilə bağlı keçirilən görüşün təfərrüatları barədə danışıb. "Hürriyət" qəzeti Anadolu İnformasiya Agentliyinə istinadən məlumat verib.

Türkiyə XİN başçısı görüşdə bəyan edib ki, İranın nüvə probleminin doplomatik vasitələrlə həll edilməsini istəyir. Davudoğlu qeyd edib ki, Türkiyə "altılıq"la İran arasında danışıqların başlamasından məmnundur.

Tehranla "altılıq" arasında danışıqların yeni mərhələsi, dekabrın 6-7-də Cenevrədə qərara alındığı kimi, yanvarın sonlarında İstanbulda keçiriləcək.

ABŞ və bir sıra digər Qərb ölkələri İranı dinc atom proqramı pərdəsi altında nüvə silahı yaratmağa çalışmaqda ittiham edir. Tehran isə bütün ittihamları rədd edir və onun nüvə proqramının istisnasız olaraq, ölkənin elektrik enerjisinə olan tələbatın ödənilməsinə yönəldiyini bəyan edir.

Xəbər lenti

Xəbər lenti