İranın Mehabad şəhərində bomba partlatmaq istəyən 4 terrorçu həbs olunub. Bu barədə İRNA xəbər agentliyi məlumat verir.
Məlumata görə, həbs olunan 4 nəfər bir ailənin üzvləridir. Üç nəfər həbs olunub, bir nəfər qaçarkən polisin açdığı atəş nəticəsində yaralanıb və tutulub.
"Həbs olunmuş şəxslər Mehabadda məhərrəm ayının əvvəlində əzadarlıq məclislərində bomba partlatmağa cəhd ediblər. Onların hamısı həbs olunub və barələrində cinayət işi açılıb", - Mehabad şəhər prokuroru Səməd Həzrəti deyib.
Həbs olunmuş şəxlsərdən 4 ədəd odlu silah müsadirə edilib.