İranla ABŞ arasındakı, artıq 32 ildən bəri davam edən pozulmuş ikitərəfli əlaqələri asanlıqla bərpa etmək mümkün deyil. Bu barədə İranın keçmiş xarici işlər naziri Mənuçöhr Müttəki öz istefasına 42 saat qalmış "Müdiriyyət Ertebatat" (Məlumatların İdarəolunması) jurnalına müsahibəsində bildirib.
Müttəki İranla ABŞ arasındakı münasibətlərin iki aspektdə müəyyən edildiyini qeyd edib. Həmin münasibətlər bir tərəfdən bu gün İRAN XİN-in gündəliyinə daxil olmayan ölkələr arasında əlaqələrin özləri ilə müəyyən edilir.
"Lakin bu o demək deyil ki, İran həmişəlik olaraq gərginliyi qoruyub saxlamaq fikrindədir. Diplomatik münasibətlərin bərpa edilməsi üçün uzun yol qət etmək lazımdır", - o, bildirib.
İki ölkə arasında diplomatik münasibətlər 30 ildən çoxmüddətdir pozulub. 1979-cu il noyabrın 4-də iranlı tələbələr ABŞ-ın devrilmiş şahı İrana verməsinə etiraz edərək ABŞ səfirliyini zəbt ediblər. Diplomatik missiyanın 52 əməkdaşı 444 gün girov saxlanıblar. Girovlar yalnız 1981-ci ilin yanvarında azad ediliblər. Səfirliyin ələ keçirilməsi ilə bağlı insident İran-Amerika diplomatik münasibətlərinin pozulmasına səbəb olub.
Müttəkinin sözlərinə görə, digər aspekt təhlükəsizlik məsələsi və iki ölkənin regionda, o cümlədən İraqda və Əfqanıstandakı maraqları məsələsidir.
"Əgər ABŞ bu məsələləri müzakirə etməyi təklif edərsə, İran bu təşəbbüsü dəstəkləyər", - o, deyib.
Bu gün ABŞ İranı dinc atom proqramı pərdəsi altında hərbi məqsədlərlə nüvə silahı yaratmaqda ittiham edən ölkələrdən biridir. Tehran isə öz nüvə proqramının yalnız sülh istiqamətində olduğunu bəyan edərək bütün ittihamları rədd edir.
Məhz ABŞ ötən əsrin 60-cı illərində İrana nəinki ölkənin ən mühüm nüvə obyektlərindən biri olan Tehran nüvə reaktorunu satmışdı, eyni zamanda onun işləməsi üçün oraya silah uranı da göndərmişdi.