...

İranda "İsrail casus şəbəkəsi" həbs olunub – Təhlükəsizlik Nazirliyi (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 10 Yanvar 2011 16:29 (UTC +04:00)
İranda nüvə fizikası üzrə alim Məsud Əliməhəmmədinin ölümündə təqsirli bilinən "İsrail casus şəbəkəsi" həbs olunub. Bu barədə İranın Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda deyilir.
İranda "İsrail casus şəbəkəsi" həbs olunub – Təhlükəsizlik Nazirliyi (ƏLAVƏ OLUNUB-2)

Alimin öldürülməsi ilə bağlı məlumat əlavə olunub

İranda nüvə fizikası üzrə alim Məsud Əliməhəmmədinin ölümündə təqsirli bilinən "İsrail casus şəbəkəsi" həbs olunub. Bu barədə İranın Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda deyilir. Məlumatı ILNA xəbər agentliyi yayıb.

Məlumatda bildirilir ki, nazirlikdə olan məlumata görə, "İsrailin "Mossad" gizli kəşfiyyat xidməti bir sıra Avropa ölkələrində, eləcə də İranla qonşu dövlətlərdə terror aktlarının həyata keçirilməsi üçün bazalar yaradıb. Həmin terror aktlarından biri də Əliməhəmmədinin qətli olub.

Məlumata görə, casus şəbəkəsi alimin ölümündən sonrakı bir neçə ay ərzində aparılan təhqiqatlar nəticəsində həbs edilib.

İranın nüvə fizikası üzrə aparıcı mütəxəssislərindən biri Məsud Əliməhəmmədi 2010-cu ilin yanvarında Tehrandakı evinin yaxınlığında partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub. Bomba yaxınlıqda dayanan motosikletdə quraşdırılıb və çox güman ki, uzaq məsafədən idarə olunub. Versiyalardan birinə görə, Əliməhəmmədi Qərbin böyük narahatlığına səbəb olan İranın nüvə proqramında iştirakına görə qətlə yetirilib.

Bundan əvvəl, noyabrın 29-da Tehranda iki ali məktəb müəlliminin olduğu avtomobillər partladılıb. Partlayışlar səhər saat 07:00-08:00 radələrində müəllimlərin öz ailə üzvləri ilə birgə işə getmək üçün evdən çıxdıqları vaxt baş verib. Tehranın şimalındakı Şəhid Behişti Universitetinin yaxınlığında baş vermiş terror aktı nəticəsində bu ali məktəbin müəllimi Məcid Şəhriyari həlak olub, həyat yoldaşı və daha bir sərnişin ağır yaralanıb. Şəhid Behişti Universitetinin digər müəllimi Firudin Abbasi və onun həyat yoldaşı isə Ərteş xiyabanı yaxınlığında baş verən partlayışda yaralanıblar.

Alimlərin hər ikisi İranın nüvə texnologiyaları sahəsində çalışıblar. BMT Təhlükəsizlik Şurasının 1747 saylı qətnaməsində sanksiya tətbiq edilən şəxslər siyahısında Firudin Abbasinin də adı var.

İranın rəsmi şəxsləri noyabrın 29-da iki tehranlı müəllimə qarşı yönələn terror aktlarında ABŞ, İsrail, Böyük Britaniya və NATO kəşfiyyatlarını bilavasitə və ya dolayısı ilə əli olmaqda günahlandırırlar.

Xəbər lenti

Xəbər lenti