...

Ermənistan prezidenti tanınmamış ölkələrlə müqavilələr bağlamağa imkan verən qanunu imzalayıb

Dünya xəbərləri Materials 14 Yanvar 2011 10:50 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 17-də parlamentin qəbul etdiyi "Beynəlxalq müqavilələr haqqında" qanuna düzəlişləri imzalayıb. Bu barədə cümə axşamı dövlət başçısının mətbuat xidməti məlumat verib, "Novosti-Armeniya" yazır.
Ermənistan prezidenti tanınmamış ölkələrlə müqavilələr bağlamağa imkan verən qanunu imzalayıb

Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 17-də parlamentin qəbul etdiyi "Beynəlxalq müqavilələr haqqında" qanuna düzəlişləri imzalayıb. Bu barədə cümə axşamı dövlət başçısının mətbuat xidməti məlumat verib, "Novosti-Armeniya" yazır.

Bu dəyişikliklər beynəlxalq hüquq tərəfindən tanınmamış subyektlərlə sülhün təminatı, insan haqlarının müdafiəsi, humanitar, iqtisadi və maliyyə yardımı məsələlərini nizamlamağı nəzərdə tutur.
 
Qanun layihəsinə əsasən, beynəlxalq müqavilə tərəfi beynəlxalq hüququn tanınmamış subyekti ola bilər.

Xəbər lenti

Xəbər lenti